Bank Of Baku

Gürcüstanda cəzaların icrası üzrə yeni nazir təyin olunub

Gürcüstanda cəzaların icrası üzrə yeni nazir təyin olunub
# 20 sentyabr 2012 14:53 (UTC +04:00)
Bakı – APA. Gürcüstan prezidenti Mixail Saakaşvili xalq müdafiəçisi (Ombudsman) Georgi Tuquşini cəzaların icrası, hüquqi yardım və probasiya naziri vəzifəsinə təyin edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, M. Saakaşvili cəzaçəkmə sisteminin tamamilə yenidən qurulmasına qərar verdiklərini açıqlayıb: “Mən bu sistemi ən ciddi tənqid edən şəxsi şüurlu şəkildə bu sistemə rəhbər təyin edirəm”.

Bu vəzifəni tutmağa razılıq verən Ombudsman G. Tuquşi məhkumların hüquqlarının qorunmasına çalışacağını söyləyib: “Mən ona görə bu vəzifəni tutmağa razılıq verdim ki, bu sistemi tam dəyişmək və hər məhkumun hüquqlarını müdafiə etmək imkanı qazanacağam”.

Xatırladaq ki, əvvəlki nazir Xatuna Kalmaxelidze Qldani həbsxanasında məhkumlarla qeyri-insani rəftar və zorakılıq hallarının üzə çıxmasından sonra istefa verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR