Bank Of Baku

Gürcüstan daxili işlər naziri vəzifəsini birinci müavin Ekaterina Zquladze icra edəcək

Gürcüstan daxili işlər naziri vəzifəsini birinci müavin Ekaterina Zquladze icra edəcək
# 20 sentyabr 2012 21:52 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə. Gürcüstan DİN birinci müavini Eka Zquladze Baço Axalayanın vəzifəsini icra edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, E. Zquladze bu vəzifədə müvəqqəti işləyəcək. Jurnalistlərə açıqlama verən E. Zquladze sentyabrın 18-dən sonra Gürcüstanda baş verən hadisələrə, o cümlədən Qldan həbsxanasında baş verən cinayətlərə açıqlama verib. Onun sözlərinə görə, bu gündən daxili işlər nazirliyində çalışan bütün polislər yeni təyin olunan Cəzaların icrası və hüquqi yardım və probasiya naziri Giorgi Tuquşinin ixtiyarına verilir.
Qeyd edək ki, Gürcüstan ombudsmanı vəzifəsində işləyən Giorgi Tuquşi həbsxanalarda dəfələrlə monitorinq keçirib və baş verəcək hadisələr haqqında yuxarı orqanlara məlumat verib. Lakin rəhbər vəzifələrdə işləyən rəsmi şəxslərin məsuliyyətsizliyi ucbatından onun təkliflərinə məhəl qoyan olmayıb.
Giorgi Tuquşi bu gündən nazir vəzifəsinin icrasına başlayıb. Gürcüstan prezidentinin fikrincə, Tuquşi cəzaların icrası sistemində yeni islahatlar keçirərək, bu sistemdə olan özbaşınalığa son qoyacaq.
Qeyd edək ki, sentyabrın 21-də Tiflisdəki filarmoniya qarşısında yenə mitinqlər davam edəcək və iştirakçılar indi də Baço Axalayanı məsuliyyətə cəlb etməyi tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR