Bank Of Baku

Türkiyə-İraq sərhədində 13 terrorçu məhv edilib

Türkiyə-İraq sərhədində 13 terrorçu məhv edilib
# 27 sentyabr 2012 15:42 (UTC +04:00)
Bakı – APA. Türkiyə-İraq sərhədindəki Hakkari vilayəti ərazisində PKK terrorçularına qarşı keçirilən əməliyyatda 13 terrorçu məhv edilib. APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, “Payız təmizliyi” adı verilən əməliyyat sentyabrın 26-da axşam başlayıb. Dağlıq əraziyə helikopterlər vasitəsilə xüsusi təyinatlılar endirilib. Sentyabrın 27-də səhər saatlarında xüsusi təyinatlılarla bir qrup terrorçu arasında toqquşma baş verib. Döyüşdə 2 əsgər şəhid olub, 3-ü yaralanıb, 13 terrorçu isə məhv edilib. Əməliyyat davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR