Bank Of Baku

Tiflisdə bank yanıb

Tiflisdə bank yanıb
# 28 sentyabr 2012 18:36 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında axşam saatlarında “Liberti bank”ın baş ofisində yanğın olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu saatlarda bankda alov səngimək bilmir. Bankın Vake parkına baxan tərəfi tamamilə yanıb. Məlumata görə, iki nəfər zərər çəkib. Onlardan birinin üstünə binadan şüşə qırıqları düşüb, o birisi isə tüstüdən zərər çəkib. Hər iki zərərçəkən təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Vəziyyətləri stabildir. Binanın ətrafına çoxlu sayda yanğın söndürən maşınlar cəlb edilib. Tiflis fövqəladə hallar departamentindən APA-ya verilən məlumata görə, hazırda yanğın lokallaşdırılıb.
“Liberti bank”ın baş direktoru Lado Qurgenidze jurnalistlərə açıqlamasında bildirib ki, bu gün baş verən yanğına görə, terminal və bankomatlar sabah səhərə qədər işləməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR