Bank Of Baku

Tiflisdə müxalifətin yekun mitinqi başlayır

Tiflisdə müxalifətin yekun mitinqi başlayır
# 29 sentyabr 2012 14:27 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında müxalifətçi “Gürcü Arzusu” blokunun seçkiqabağı kampaniyaya yekun vuracaq kütləvi aksiyasına hazırlıq gedir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Radisson” mehmanxanasından başlayaraq Azadlıq meydanına qədər olan yollar tamam bağlanıb. “Gürcü Arzusu” koalisiyasının tərəfdarları avtobuslar və şəxsi avtomobillərlə Tiflisin mərkəzinə doğru hərəkət edirlər. Polis asayişi qorumaq üçün gücləndirilmiş iş rejiminə keçib. Mitinqdə koalisiyanın lideri, milyarder Bidzina İvanişvilinin çıxışı gözlənilir.

Qeyd edək ki, oktyabrın 1-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR