Bank Of Baku

Türkiyə ABŞ-dan “Chinook” hərbi nəqliyyat helikopterləri alacaq

Türkiyə ABŞ-dan “Chinook” hərbi nəqliyyat helikopterləri alacaq
# 29 sentyabr 2012 16:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyə ABŞ-dan CH-47 “Chinook” hərbi nəqliyyat helikopterləri almağa hazırlaşır. APA-nın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, hazırda helikopterlərin tez bir zamanda Türkiyəyə gətirilməsi üçün ABŞ-la danışıqlar aparılır. Daha əvvəl Türkiyənin sifariş verdiyi “Chinook”ların 2015-ci ildə ölkəyə gətirilməsi nəzərdə tutulurdu. Satışa Konqres də icazə verib.

İlkin məlumatlara görə, Türkiyə 6 və ya 10 ədəd “Chinook” helikopteri almağı planlaşdırır. Sövdələşmənin dəyəri təxminən 1 milyard dollar olacaq. Helikopterlər Quru Qoşunları və Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının xidmətinə veriləcək.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı PKK terrorunun mövcud olduğu ölkənin cənub-şərq vilayətlərində hərbi personalın daşınmasında yerüstü vasitələrdən istifadə edir. Bu zaman terrorçuların yollara basdırdıqları minaların partlaması, eləcə də terrorçuların yol kənarlarındakı yüksəkliklərdən atəş açması nəticəsində türk ordusu ciddi itkilər verir. Bu itkilərin qarşısını almaq üçün ordu komandanlığı hərbi personalı ABŞ-dan alınacaq “Chinokk” helikopterləri vasitəsilə daşımağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR