Bank Of Baku

Gürcüstan paytaxtında müxalifətin izdihamlı mitinqi keçirilib - FOTOSESSİYA

Gürcüstan paytaxtında müxalifətin izdihamlı mitinqi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 29 sentyabr 2012 16:46 (UTC +04:00)
Bakı – APA. Tiflisin mərkəzindəki Azadlıq meydanında Gürcüstanın əsas müxalifət koalisiyası olan “Gürcü Arzusu” blokunun keçirdiyi mitinq başa çatıb. APA-nın “Lent.az”ın Tiflisdə olan müxbirinə istinadən verdiyi məlumata görə, aksiya zamanı paytaxt Tiflisin Rustaveli prospekti, Puşkin küçəsi, eləcədə də digər mərkəzi küçə və prospektləri insanlarla dolu olub.

Şəhərdə nəqliyyatın hərəkəti dayandırılıb, mərkəzdə olan 6-7 metro stansiyası bağlanıb. 4 istiqamətdən Azadlıq meydanına yürüş edən on minlərlə müxalifət tərəfdarı Azadlıq meydanında birləşərək prezident Mixail Saakaşvilinin istefasını tələb edib.

Mitinqdə müxalifət lideri, iş adamı Bidzina İvanişvili çıxış edərək Mixail Saakaşvilinin siyasətini kəskin tənqid edib. O bildirib ki, partiyası seçkidə qalib gələrsə, Gürcüstanda biznesin qurulmasına şərait yaradacaq, ölkənin inkişafına nail olacaq. Rusiyaya meylli siyasətçi adlandırılmasına baxmayaraq, B. İvanaşvili Gürcüstanın demokratikləşməsinə, Qərbə inteqrasiyasının gücləndirilməsinə nail olacağını deyib.

Mitinqə eks-prezident Eduard Şevardnadzenin qatılacağı gözlənilsə də, bu xəbərlər özünü doğrultmayıb.

Yerli jurnalistlər aksiyada 100 minə yaxın insanın iştirak etdiyini iddia edirlər.

Qeyd edək ki, Gürcüstanda oktyabrın 1-də parlament seçkiləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR