Bank Of Baku

“Gürcü Arzusu” blokunun tərəfdarları Tiflisə toplaşır

“Gürcü Arzusu” blokunun tərəfdarları Tiflisə toplaşır
# 01 oktyabr 2012 20:39 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Gürcü Arzusu” blokunun tərəfdarları qurumun ofisi yerləşən əraziyə toplaşaraq qələbə münasibətilə bir-birini təbrik edirlər.

Blokun qərargah rəisi David Saqanelidze tərəfdarları seçki məntəqələrinə çağırıb. O vurğulayıb ki, bunu səslərin hesablanmasındakı saxtakarlıq ehtimalının qarşısını almaq üçün edir.

Hakim partiyanın mətbuat mərkəzinin buna reaksiyası da gecikməyib. Hakim partiya bu çağırışın Seçki Məcəlləsinə zidd olduğunu, bunun seçki komissiyalarının işinə təsir etmək niyyəti günddüyünü olduğunu bəyan edib və bu çağırışları ölkədə seçkilərdən sonra destabilizasiya yaratmaq kimi qiymətləndirib.

B. İvanişvili isə “Gürcü Arzusu”nun tərəfdarlarını təbrik edib. “Biz hər şeyi unudub hakimiyyət və müxalifət birlikdə vahid Gürcüstanı qurmalıyıq” deyə, o bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR