Bank Of Baku

GUAM müşahidə qrupu Gürcüstanda seçkilərin azad və ədalətli keçirildiyini bəyan edib

GUAM müşahidə qrupu Gürcüstanda seçkilərin azad və ədalətli keçirildiyini bəyan edib
# 02 oktyabr 2012 10:14 (UTC +04:00)
APA-nın qurumun mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, müşahidə qrupu müvafiq rəyə 74 seçki məntəqəsində apardığı müşahidələr nəticəsində gəlib.

Bəyanatda bildirilir ki, Gürcüstanda parlament seçkiləri beynəlxalq öhdəliklərə, o cümlədən ölkənin ATƏT və Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə, milli qanunvericiliyə, Mərkəzi Seçki Komissiyasının işləyib hazırladığı qayda və prosedurlara, demokratik seçki standartlarına uyğun keçirilib.

“GUAM müşahidəçiləri müşahidə apardıqları seçki məntəqələrində ciddi pozuntulara rast gəlməyiblər, seçkilər azad və ədalətli keçirilib”.

Xatırladaq ki, GUAM müşahidə qrupuna Azərbaycan parlamentinin üzvləri Elton Məmmədov, Əli Məsimli, Mirkazım Kazımov, Ukrayna Ali Radasının deputatı Vasili Potapov daxildir. Qrupu GUAm-ın baş katibi Valeri Çeçelaşvili müşayiət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR