Şimali Kiprin Doğu Akdeniz Universitetində terora lənət yürüşü keçirilib - FOTO
05 oktyabr 2012 16:30 (UTC +04:00)
Bakı – APA. Şimali Kiprdə yerləşən Doğu Akdeniz Universitetində "Şəhidləri yadetmə və terorçulara lənət” adlı yürüş-mitinq keçirilib. Bu barədə APA-ya Doğu Akdeniz Universitetinin Azərbaycan üzrə təmsilçisi və eyni zamanda Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib. O bildirib ki, yürüşün keçirilməsində məqsəd Türkiyədə artan terror hücumlarına etiraz etmək olub. Yürüşdən əvvəl iştirakçılar Atatürk heykəlinin önünə toplaşaraq şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad edib və Türkiyənin dövlət himnini səsləndiriblər.
Aksiyaya türkiyəli tələbələrlə yanaşı, azərbaycanlı tələbələr, universitetin rektoru və prorektorları da qatılıb. Çıxışlardan sonra Şimali Kipr və Türkiyə bayraqları açan kütlə PKK əleyhinə şüarlar səsləndirərək Şimali Kiprin Sakarya ərazisinə qədər gedib.
O. Həsənoğlu qeyd edib ki, bu gün terror sadəcə Türkiyənin deyil, bütün dünyanın üzləşdiyi ortaq problemdir: “Unutmamalıyıq ki, terrorun milliyəti, milli kimliyi yoxdur. Amma çox təəssüflər olsun ki, terrorizmi özünə milli kimlik kimi seçən xalqlar var. Türk dünyası bu gün daha çox terrorizimə məruz qalıb. Dağlıq Qarabaq problemi və eləcə də Kıbrısın bugünkü mənzərəsi terrorizimin nəticəsidir. Düşünürəm ki, biz də bu yürüşə qatılmağımızla Azərbaycan xalqının hər zaman öz qardaşlarının yanında olduğunu bir daha göstərdik”.

Avropa
Zelenski korrupsiyada adı hallanan Təhlükəsizlik Xidmətinin departament rəhbərini işdən çıxarıb
05:14
2 may 2024
Tbilisidəki etiraz aksiyasında 8 mülki şəxs yaralanıb - VİDEO - YENİLƏNİB-2
01:49
2 may 2024
Gürcüstan DİN: Etirazçılara rezin güllələrdən istifadə edilməyib
00:38
2 may 2024
Berlində 1 May nümayişlərində minlərlə insan iştirak edib
22:30
1 may 2024