Bank Of Baku

Praqa beynəlxalq aeroportuna Vatslav Havelın adı verilib

Praqa beynəlxalq aeroportuna Vatslav Havelın adı verilib
# 06 oktyabr 2012 09:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən Ruzine beynəlxalq hava limanına Vatslav Havelın adı verilib.

«APA-Economics»in məlumatına görə, V. Havel Çexoslovakiyanın sonuncu və Çexiyanın ilk prezidenti olub. Çexiyanın 82 mindən artıq əhalisi müvafiq ərizə yazdıqdan sonra Çexiya hökuməti paytaxtda yerləşən beynəlxalq aeroporta V. Havelın adının verilməsi barədə qərar qəbul edib. Oktyabrın 5-də V. Havelın 76 yaşı tamam olmalı idi.

Qeyd edək ki, sözügedən hava limanı 2007-ci ildə Mərkəzi və Şərqi Avropanın ən yaxşı aeroportu adına layiq görülüb. Xatırladaq ki, Bakı-Praqa aviareysinin təyyarələri məhz sözügedən aeroporta uçuşlar yerinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR