Bank Of Baku

Avropa aviaşirkətlərinin hər ikinci pilotu şturval arxasında yuxulayıb

Avropa aviaşirkətlərinin hər ikinci pilotu şturval arxasında yuxulayıb
# 06 oktyabr 2012 12:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa aviaşirkətlərində çalışan pilotların 90%-i yorğunluq səbəbindən uçuş zamanı təyyarəni idarə edərkən səhvə yol verdiklərini etiraf edib. «APA-Economics»in məlumatına görə, bu barədə Uçuş Heyətlərinin Avropa Assosiasiyası (ECA) bildirib.

«Yorğunluq ekipaj üzvlərinin tez bir zamanda reaksiyanın verilməsində vacib rol oynayır ki, bu da potensialda qəzaya gətirib çıxara bilər», - deyə ECA-nın baş katibi Filipp fon Şoppenntxau bildirib.

Onun sözlərinə görə, sərnişin təyyarələrini idarə edən pilotların yarısı avialayneri idarə edərkən yuxuya getmələrini etiraf edib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Avropanın Aviasiya Təhlükəsizliyi Agentliyi (AESA) gecə uçuş vaxtının mümkünlüyünü 10 saatdan 11 saatadək artırılması barədə qərar qəbul edib. ECA tərəfindən AESA-nın bu qərarı tənqidlə qarşılanıb. ECA-nın fikrincə, analoji qərarlar elmi tədqiqatdan sonra qəbul olunmalıdır ki, sərnişinlər, ekipaj üzvləri və uçuş coğrafiyası keçdiyi yerdə yaşayan əhalinin təhlükəsizliyi tam təmin olunsun.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR