Avropa Şurası və Avropa Birliyi Belarusdan ölüm cəzasının ləğvini tələb edib
10 oktyabr 2012 08:20 (UTC +04:00)
Bakı-APA. Avropa Şurasının baş katibi Torbyörn Yaqland və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton 10 oktyabr - Ölüm Cəzasına qarşı Avropa və Beynəlxalq Mübarizə Günü ilə əlaqədar bəyanatla çıxış ediblər.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, ölüm cəzası qeyri-insani və lüzumsuz bir addımdır: “Təcrübə göstərir ki, ölüm cəzası cinayətin qarşısını alan faktor deyildir. Heç bir hüquq sisteminin müdafiə olunmadığı ədalətin səhv hökmündən nəticələnən istənilən ölüm cəzası günahsız insan həyatının faciəvi itkisi ilə nəticələnə bilər.
Bütün Avropada və onun hüdudlarından kənarda ölüm cəzasının ləğv edilməsi bütün üzv dövlətlərin birgə məqsədidir. Son on beş ildə bizim üzv dövlətlərdə ölüm cəzası həyata keçirilməyib.
Avropa Şurası və Avropa İttifaqı bütün hallarda ölüm cəzasını de yure ləğv etməmiş bütün Avropa dövlətlərini Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq protokollarını ratifikasiya etməklə ölüm cəzasını ləğv etməyə təşviq edir.
Avropa İttifaqı və Avropa Şurası insanlara hələ də ölüm cəzası verilən tək Avropa ölkəsi olan Belarusda ölüm cəzasının tam ləğv edilməsi məqsədilə onun istifadəsinə moratorium qoyulmasında təkid edir”.

Avropa
Viktor Orban əmindir ki, Avropa Rusiya ilə müharibəyə hazırlaşır
12:51
24 may 2024
Macarıstan NATO-dakı üzvlük statusunu yenidən müəyyənləşdirməyə çalışır
12:35
24 may 2024
Avropa komissarı Gürcüstanın Baş naziri ilə söhbətində Fitso ilə bağlı insidentin xatırlatmasına aydınlıq gətirib
03:25
24 may 2024
"Bloomberg": Zelenski iyunda İtaliyada keçiriləcək G7 sammitində iştirak edəcək
02:18
24 may 2024