Bank Of Baku

Türkiyə Suriyaya nota verib

Türkiyə Suriyaya nota verib
# 11 oktyabr 2012 16:56 (UTC +04:00)
Bakı – APA. Türkiyə Xarici İşlər Nazirliyi hərbi yük daşıyaraq mülki aviasiya qaydalarını pozan Suriya sərnişin təyyarəsi ilə bağlı bu ölkəyə etiraz notası göndərib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, nota Suriyanın İstanbuldakı Baş Konsulluğuna təqdim edilib.

Qeyd edək ki, oktyabrın 10-da Rusiyanın “Vnukovo” hava limanından qalxan Suriyaya məxsus sərnişin təyyarəsi Türkiyə səmasında olarkən bu ölkə hərbi təyyarələri tərəfindən Ankaraya enməyə məcbur edilib. Təyyarədə axtarış aparılarkən hərbi təyinatlı yük aşkarlanıb. Yükün qeyri-leqal olması onun müsadirə olunması üçün əsas verib, təyyarə isə yoluna davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR