Bank Of Baku

Ketrin Eşton: “Bu mükafat Avropa Birliyinin işinin qiymətləndirilməsidir”

Ketrin Eşton: “Bu mükafat Avropa Birliyinin işinin qiymətləndirilməsidir”
# 12 oktyabr 2012 13:27 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib ki, Nobel komitəsi tərəfindən Avropa Birliyinin sülh mükafatına layiq görülməsi AB-nin barış, demokratiya, insan haqlarının müdafiəsi, qitədə sülh və sabitlik zonasının genişləndirilməsi istiqamətində işinin qiymətləndirilməsidir. APA-nın xəbərinə görə, K. Eşton öz açıqlamasında qeyd edib ki, AB üzvləri arasında tarixi düşmənlər də var və onlar bu gün yaxın dost və tərəfdaşa çevrilib. O, bu istiqamətdə davam etdirilən işdə iştirakından qürur duyduğunu vurğulayıb: “Avropa xarici siyasət xidmətinin yaradılması bütün dünyada əsas Avropa dəyərlənin daha yaxşı yayılması üçün kompleks yanaşma işləyib hazırlamağımıza imkan verdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR