Bank Of Baku

Görkəmli serb yazıçısı Milorad Paviçin xatirəsi yad edilib

Görkəmli serb yazıçısı Milorad Paviçin xatirəsi yad edilib
# 15 oktyabr 2012 17:47 (UTC +04:00)
Bakı-APA. Belqradda görkəmli serb yazıçısı, dünya şöhrətli “Xəzər lüğəti” kitabının müəllifi Milorad Paviçin anadan olmasının 83-cü ildönümü ilə əlaqədar onun xatirəsi yad edilib. Bu barədə APA-ya Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat veriblər. Yazıçının yaxınları, Belqrad şəhər Meriyasının və ictimaiyyətinin nümayəndələri, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, Serbiyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar Azərbaycan dövlətinin dəstəyi ilə Belqrad şəhərində abadlaşdırılmış “Taşmaydan” parkını ziyarət edərək, əvvəlcə parkda ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, sonra isə Milorad Paviçin heykəlləri qarşısına əklil və gül-çiçək dəstələri qoyublar.
Milorad Paviçin oğlu rəssam İvan Paviç tədbir iştirakçıları qarşısında çıxış edərək, atasının xatirəsinə göstərilən böyük diqqət və ehtirama, həmçinin onun xatirəsinin əbədiləşdirilməsinə görə Azərbaycan və Serbiya dövlətlərinin rəhbərlərinə, xüsusilə də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Tədbirdə yazıçının yaxınları, qələm dostları və digər iştirakçılar Milorad Paviçin xatirəsini yad edərək, görkəmli yazıçının həyat və yaradıcılığından bəhs etmişlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR