Rəcəb Tayyib Ərdoğan: «Suriya təyyarəsindən götürülmüş yük hərbi təyinatlıdır»
16 oktyabr 2012 03:44 (UTC +04:00)
Bakı-APA. Oktyabrın 10-da Moskvadan Dəməşqə uçan və Ankarada yerə endirilən təyyarədən götürülmüş yük hərbi təyinatlıdır. Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.
«Yük hərbi təyinatlıdır və tank üçün istifadə olunur. Yükün radarlar və başqa nəsə üçün göndərildiyi barədə məlumatların əsası yoxdur. Əslində, radar komponentləri də hərbi məqsədlər üçün istifadə olunur», deyə baş nazir bildirib.
O yük barədə daha ətraflı məlumatı açıqlamağın hələ tez olduğunu əlavə edib.
Xatırladaq ki, oktyabrın 10-da Moskvadan Dəməşqə uçan sərnişin təyyarəsi Ankarada yerə endirilmiş və təyyarədə 7 saat axtarış aparılmışdı. Türkiyə rəsmiləri axtarış nəticəsində təyyarədə Rusiya şirkətindən Suriya müdafiə nazirliyinə göndərilən hərbi təyinatlı yükün aşkar edilib götürüldüyünü bildirmişdilər.

Avropa
Ukraynada 20 minə qədər məhkum orduya cəlb edilə bilər
13:12
10 may 2024
Polşa Rusiya və Belarusla sərhəddə bunkerlər tikəcək
07:39
10 may 2024
David Cameron: “Britaniya İsrailə silah ixracını dayandırmayacaq”
05:19
10 may 2024
Zelenski Dövlət Mühafizə İdarəsinin rəhbərini işdən çıxarıb
04:44
10 may 2024