Bank Of Baku

Gürcüstan prezidenti baş nazir vəzifəsinə rəsmən Bidzina İvanişvilinin namizədliyini irəli sürüb

Gürcüstan prezidenti baş nazir vəzifəsinə rəsmən Bidzina İvanişvilinin namizədliyini irəli sürüb
# 17 oktyabr 2012 14:52 (UTC +04:00)
APA-nın Gürcüstan xəbər agentliklərinə istinadən yaydığı xəbərə görə, bu barədə prezidentin mətbuat katibi Manana Mancqladze açıqlama verib. O bildirib ki, Konstitusiyaya uyğun olaraq baş nazir vəzifəsinə namizəd 10 gün ərzində yeni Nazirlər Kabinetini formalaşdırmalı və hökumət proqramı ilə birlikdə parlamentə təqdim etməlidir. Bundan sonra 7 gün ərzində parlamentdə hökumətə etimad səsverməsi keçirilməlidir.

Qeyd edək ki, yeni parlamentin ilk iclası oktyabrın 21-də Kutaisidə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR