Bank Of Baku

Bidzina İvanişvili Kutaisidə keçiriləcək yeni parlamentin ilk iclasında iştirak edəcək

Bidzina İvanişvili Kutaisidə keçiriləcək yeni parlamentin ilk iclasında iştirak edəcək
# 17 oktyabr 2012 20:47 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Oktyabrın 21-də Kutaisi şəhərində keçiriləcək Gürcüstan parlamentinin ilk iclasında “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişvili də iştirak edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında B. İvanişvili bildirib. Baş nazir vəzifəsinə namizəd bildirib ki, o, bu iclasda mütləq iştirak edəcək. Məlumata görə, İvanişvili iclasa dəvət olunan qonaq qismində qatılacaq.

Bazar günü baş tutacaq parlamentin ilk iclasında yeni hakimiyyətin təsdiqi sırf texniki səbəblərə görə təsdiqi mümkün olmayacaq. B. İvanişvilinin sözlərinə görə, oktyabrın 21-i günü bütün vaxt parlamentin qanuniləşdirilmə proseslərinə sərf olunacaq.

“Gürcü arzusu”nun lideri bildirib ki, yeni parlamentin növbəti iclası çərşənbə axşamı, ya da çərşənbə günü çağırılacaq və bu iclasda yeni hakimiyyət üzvləri təsdiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR