Bank Of Baku

Ceyms Appaturay: “NATO Gürcüstanla əməkdaşlığı davam etdirəcək”

Ceyms Appaturay: “NATO Gürcüstanla əməkdaşlığı davam etdirəcək”
# 18 oktyabr 2012 10:38 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanda səfərdədir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, C.Appaturay jurnalistlərə açıqlamasında Şimali Atlantika alyansının Gürcüstanla əməkdaşlığı davam etdirəcəyini bildirib: “İndi Gürcüstan üçün tarixi vaxtdır. Ölkədə hakimiyyətin demokratik yolla təhvil verilməsi prosesi gedir. Gürcüstan gənc demokratiyanın inkişafında nümunə göstərdi. Ölkədə keçirilən seçkilər beynəlxalq aləmin gözü ilə imtahan adlandırıldı və bu imtahandan Gürcüstan alnıaçıq çıxdı. Gürcüstanda yaşayan xalqlar öz seçimini küçə aksiyaları ilə yox, seçkilərdə etdi. Bu regionda nümunədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR