Bank Of Baku

Avropa Birliyi liderləri Suriyaya qarşı sərt sanksiyaları təsdiqləyiblər

Avropa Birliyi liderləri Suriyaya qarşı sərt sanksiyaları təsdiqləyiblər
# 19 oktyabr 2012 13:14 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu barədə Avropa Birliyinin prezidenti Herman van Rompey Brüsseldə işini başa çatdıran ikigünlük sammitin yekunlarını dəyərləndirərkən deyib.

Xatırladaq ki, bu, Suriyaya qarşı tətbiq olunan sayca 19-cu sanksiya paketidir. Yeni sanksiyalar Avropa Birliyindən Suriyaya istənilən növ silah və sursatın nəqlini, ixracını qadağan edir.

AB-yə üzv dövlətlərin xarici işlər nazirləri daha 28 suriyalının adını “qara siyahı”ya daxil ediblər. Bu siyahıda artıq 181 fiziki, 54 hüquqi şəxsin adı var. Bəşər Əsəd rejimini dəstəkləməkdə ittiham olunan bu şəxslərin Avropa Birliyi ərazisinə gəlməsi qadağan olunub və Avropa banklarındakı aktivləri dondurulub. Bundan başqa Syrian Arab Airlines şirkətinin Avropadakı aktivləri də dondurulub, bu aviaşirkətin təyyarələrinə Avropa məkanına uçuşlar həyata keçirmək qadağan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR