Bank Of Baku

Berluskoni: “Siyasətdən getməyəcəm”

Berluskoni: “Siyasətdən getməyəcəm”
# 27 oktyabr 2012 14:40 (UTC +04:00)
Bakı – APA. Maliyyə maxinasiyalarında təqsirləndirilərək barəsində həbs qərarı çıxarılan İtaliyanın sabiq baş naziri Silvio Berluskoni siyasətdən getməyəcəyini bəyan edib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, S.Berluskoni “italyanları ədalətsiz məhkəmə sistemindən qorumaq üçün” siyasətdə qalmalı olduğunu bildirib.

Sabiq baş nazir öz başına gələnlərin başqalarının da başına gəlməməsi uğrunda mübarizə aparacağını vurğulayıb.

Qeyd edək ki, 76 yaşlı siyasətçi və vəkilləri 1 illik həbs cəzasına məhkum olunmaq barədə hökmdən apellyasiya şikayəti verəcəklərini bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR