Bank Of Baku

PKK terrorçuları Türkiyədə hüquq-mühafizə orqanlarının binalarına hücum edib

PKK terrorçuları Türkiyədə hüquq-mühafizə orqanlarının binalarına hücum edib
# 29 oktyabr 2012 07:10 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Türkiyənin Şırnak vilayətində PKK terrorçuları eyni vaxtda 5 müxtəlif yerə hücum təşkil ediblər.

APA-nın məlumatına görə, terrorçular yerli polis şöbəsini, Sərhəd Diviziya Komandanlığını, hərbçi və polis ailələrinin məskunlaşdığı yataqxananı atəşə tutublar. Polis şöbəsinə hücum nəticəsində 2 polis yaralanıb, 1-i isə şəhid olub.

Hücumu reallaşdıran terrorçuların tutulması məqsədilə şəhər mərkəzində başladılan geniş miqyaslı əməliyyat davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR