Bank Of Baku

Mahmudəli Çöhrəqanlı MHP-nin qurultayında iştirak edəcək

Mahmudəli Çöhrəqanlı MHP-nin qurultayında iştirak edəcək
# 01 noyabr 2012 16:23 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, doktor Mahmudəli Çöhrəqanlı Türkiyəyə gələcək. GAMOH-dan APA-ya verilən məlumata görə, M. Çöhrəqanlı Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurultayına qatılacaq.

GAMOH lideri noyabrın 4-də Ankarada keçiriləcək MHP-nin qurultayına dəvət alıb. M. Çöhrəqanlı noyabrın 3-də Ankarada olacaq. Hazırda GAMOH İdarə Heyətinin üzvləri, bir çox güneyli soydaşımız, təşkilat mənsubları və türkiyəli millətçilər onu qarşılamağa hazırlaşırlar.

Qeyd edək ki, M. Çöhrəqanlı hazırda ABŞ-da mühacirətdə yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR