Bank Of Baku

Bidzina İvanişvili: “Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər tezliklə bərpa olunmayacaq”

Bidzina İvanişvili: “Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər tezliklə bərpa olunmayacaq”
# 01 noyabr 2012 16:46 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Bidzina İvanişvili bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiyanın Suxumi və Sxinvalidə səfirlikləri var və Rusiya Abxaziya və Cənubi Osetiyanı tanıyıbsa, belə olan halda Moskva ilə münasibətləri bərpa etmək olmaz: “Rusiya ilə diplomatik münasibətlərin bərpa edilməsi Gürcüstanın ərazi bütövlüyü məsələlərinə bağlıdır”.

Baş nazirin fikrincə, Gürcüstan və Rusiya arasında diplomatik münasibətlərin bərpa edilməsi üçün uzun müddət lazımdır: “Bu, çox çətin proses olacaq”.

Xatırladaq ki, Tiflis və Moskva arasında diplomatik münasibətlər 2008-ci il avqust müharibəsindən sonra Rusiya separatçı Abxaziya və Cənubi Osetiya rejimlərinin müstəqilliyini tanıdıqdan sonra kəsilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR