Bank Of Baku

Türkiyə Ədliyyə Tibb Qurumu Turqut Özaldan götürülən nümunələrdə zəhərli maddə aşkarlandığı haqda xəbəri təsdiq etməyib

Türkiyə Ədliyyə Tibb Qurumu Turqut Özaldan götürülən nümunələrdə zəhərli maddə aşkarlandığı haqda xəbəri təsdiq etməyib
# 02 noyabr 2012 11:28 (UTC +04:00)
Bakı – APA. Türkiyə Ədliyyə Tibb Qurumunun (məhkəmə-tibb ekspertizası) sədri, professor Haluk İncə mərhum prezident Turqut Özalın nəşindən götürülən nümunələrdə zəhərli maddə aşkarlandığı haqda xəbərləri təsdiq etməyib. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, H. İncə “biz “strixnin kreatin” adlı maddə aşkarlamamışıq, bu xəbər necə ortaya çıxıb, bilmirik”, deyib.
Professor H. İncə oktyabrın 2-dən bəri nümunələr üzərində işi davam etdirdiklərini və hər hansı yekun raport hazırlamadıqlarını söyləyib: “Müəyyən nəticələr var, amma hələlik iş yekunlaşmayıb. Raport hazırladıqdan sonra prokurorluğa göndərəcəyik. Onlar istərsə, raportu mediaya açıqlaya bilər. Bizim əsas vəzifəmiz ölümün səbəbini müəyyənləşdirməkdir. Qəzetdə çıxan xəbərin qaynağı biz deyilik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR