Sabah MHP-nin 10-cu qurultayı keçiriləcək - FOTO
03 noyabr 2012 08:45 (UTC +04:00)
Bakı-APA. Sabah Ankarada Milliyyətçi Hərəkat Partiyasının 10-cu qurultayı keçiriləcək. APA-nın məlumatına görə, qurultayda partiyanın rəhbər orqanlarına seçkilər keçiriləcək. Partiya sədri postuna əsas namizədlər hazırkı başqan Dövlət Baxçalı və MHP Trabzon millət vəkili Koray Aydındır. Səsvermə hüququna malik 1241 nümayəndədən ən azı 621 nəfərin səsini qazanan namizəd üç il müddətinə MHP başqanı seçiləcək. Dövlət Baxçalı və Koray Aydınla yanaşı sabiq millət vəkili Seyfi Şahin, partiyanın rəhbər orqanlarından təmsil olunmuş İsmayıl Hakkı Küpçü və Əhməd Çakar, İstanbul Ülkü Ocaqlarının sabiq rəhbəri Levent Təmiz, Yozqatdan sabiq millət vəkili Məsud Türkər və MHP İzmir təşkilatının sabiq rəhbəri Musavat Dərvioğlu da partiya sədri postuna namizəd olacaqlarını açıqlayıblar. Lakin namizədlik iddiasında olanların adlarının səsvermə bülleteninə salınması üçün ən azı 40 qurultay nümayəndəsinin yazılı iltizam verməsi lazımdır.
Qeyd edək ki, Azərbaycanın bir sıra partiyalarının rəhbərləri də qonaq qismində qurultaya dəvət olunublar.
Qeyd edək ki, Azərbaycanın bir sıra partiyalarının rəhbərləri də qonaq qismində qurultaya dəvət olunublar.
Avropa
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:43
19 may 2024
Reuters: Slovakiya Fikonu öldürməyə cəhd edən şəxsin təkbaşına hərəkət etmədiyi versiyasını yoxlayır
18:57
19 may 2024
Business Insider: NATO-nun artıq Ukrayna üzərində səmanı necə qorumaq modeli var
18:38
19 may 2024
Dunay çayında motorlu qayıqla sərnişin gəmisi toqquşub, iki nəfər ölüb, beş nəfər itkin düşüb
15:35
19 may 2024