Türkiyə prezidentinin maaşı 11 faiz artırılıb
03 noyabr 2012 09:27 (UTC +04:00)
Bakı-APA. Türkiyə prezidenti Abdullah Gülün maaşı 11 faiz artırılıb. APA-nın məlumatına görə, artım yanvar ayından hesablanacaq. Hazırda 33,500 lirə aylıq maaş alan (18715 dollar) prezidentin maaşı gələn ildən 37250 lirə (20810 dollar) təşkil edəcək. 2013-cü ilin büdcəsinə əsasən, Prezident Aparatının saxlanmasına 157,6 milyon lirə (88 044 692 dollar) sərf olunacaq. Bundan başqa Milli İstikbarat Təşkilatının (MİT) illik büdcəsi 32,5 faiz artırılıb. MİT-in fəaliyyətinin təmin edilməsi üçün gələn il 996 milyon lirə sərf olunacaq ki, bu da təxminən 556 milyon dollara yaxındır.
Avropa
Rumıniya prezidenti Zelenski ilə NATO sammitini müzakirə edib
12:28
21 may 2024
Türkiyədə avtobus yük maşını ilə toqquşub, yaralılar var
11:21
21 may 2024
Ukraynanın 2050-ci ilədək ödəyəcəyi borcun məbləği açıqlanıb
10:20
21 may 2024
Ukrayna və Moldovanın Aİ üzvlüyünə dair danışıqların nə vaxt başlayacağı bəlli olub
10:11
21 may 2024