Türkiyənin Milliyyətçi Hərəkat Partiyası X qurultayını keçirib-YENİLƏNİB
Qurultayı aparacaq idarə heyətinin sədri kimi Toğrul Türkeş təsdiqləndikdən sonra çıxış edib. T. Türkeş namizədləri və onların tərəfdarlarını toplantının daxili nizam qaydalarına əməl etməyə çağırıb: “Bu partiya menim atamın partiyasıdır, Sizləri görəndə atamı görürəm”.
X qurultaydakı çıxışında MHP sədri Dövlət Baxçalı Türkiyənin və Türk dünyasının önəmli şəxslərini və yerlərini xatırlayaraq, Türklük mübarizəsinin lideri ölmüş siyasətçiləri, fikir və sənət adamlarının öz düşüncələriylə bu gün qurultay salonunda olduğunu bildirib:” Bu gün Türklük mübarizəsinin öndərlərindən Hüseynzadə Əlibəy, “Bir kərə yüksələn bayraq bir daha enməz”- deyən Məmmədəmin Rəsulzadə də bu salondadır.Hamısını rəhmətlə anıram”.
Baxçalı Türküstan və Orta Asiyadan Qafqaza, ordan isə Balkanlara, Orta Şərqə və Məkkəyə qədər Türk-islam dünyası ruhunun qurultaya əlavə dəyər verdiyini deyib: “Bu gün Təbriz, Ərdəbil, Zəncan, Urmuyə,Məşhəd burdadır. Siz bu gün buraya Türklüyü və islamı referans alan möhürü vurdunuz. Ülküçü Xocalıdakı qətliamın intiqamını alacaq olanlardır”.
AKP hökumətini sərt tənqid edən MHP başqanı hökuməti “müsəlman coğrafiyasını işğal edən imperialistlərlə əməkdaşlıq etməkdə” günahlandırıb: “Qoy onlar imperialistlərlə əməkdaşlıq etsin, biz isə sizinlə birlikdə fatihə oxuyaq- kifayətdir. Milliyyətçi hərəkat budur, onun varlığı və kimliyi göz qamaşdırır”.
MHP lideri, 2053-cü ildə İstanbulun fəthinin 600-cü illiyinə dair yeni bir dünya baxışı hazırladıqlarını, iqtidara gələcəkləri təqdirdə bu layihəni həyata keçirəcəklərini bildirib. D. Baxçalı, gələcəkdəki əsas hədəflərindən birinin 2071-ci ildə Anadoludakı Türk dövlətinin 1000-ci ilini qeyd etmək olduğunu deyib.
MHP başqanı 2053-cü il üçün “Super ölkə Türkiyə” layihəsi hazırladıqlarını da da açqlayıb: “2071-ci ilə qədər Türkiyənin gələcəyi MHP dünyagörüşü ilə formalaşacaqdır”.
MHP lideri AKP hökumətini “Türkiyəni 36 parçaya bölməkdən vaz keçməyə” və “Kandilə Türk bayrağı dikməyə terror təşkilatının ömür boyu həbsə məhkum edilmiş başçısı ilə müzakirələri dayandırmağa” çağırıb.
MHP-ni iqtidarını AKP hökumətinə dəstək verməkdə günahlandıranlara sərt cavab verən D. Baxçalı onları “bataqlığın dibinə batmışlar” adlandırıb: ”Biz Türkiyənin bölünməsi üçün MHP-yə qarşı təşkil edilmiş əməliyyatları, bizə “bala müxalifət, qandan bəslənənlər” deyənləri unutmamışıq. Bunların hamısının haqq-hesabını məhkəmə qabağında verdirəcəyik. Türklüklə problemi olan hər kəslə bizim haqq-hesabımız vardır, bizim Türk və müsəlman qatilləriylə haqq-hesabımız vardır. Bizim həmsədrlərlə, müzakirəçilərlə, İmralı düşkünləriylə haq-hesabımız vardır, bizim diktatorlarla, millət və milliyyət düşmənləriylə haqq-hesabımız vardır”.
D. Baxçalının qurultaya dəvət edilsələr də, Türkiyəyə buraxılmadıqları üçün salonda olmayan Uyğur Milli Hərəkatının lideri Rabiyya Kadir və GAMOH lideri Mahmudəli Çöhrəqanlının təbrik mesajları oxunub.
MHP sədrliyinə digər namizəd olan Koray Aydın da qurultay
nümayəndələri qarşısında çıxış edib. O da AKP hakimiyyətini sərt tənqid edib, MHP-nin təkbaşına iqtidar olmasının vacibliyini vurğulayıb.
K. Aydın növbəti parlament seçkisinə qədər partiyasına daha 3 milyon
yeni üzv gətirəcəyini də bildirib. O, gələn ilin fevralında Ankaranın mərkəzində 1 milyon nəfərlik aksiya keçirəcəklərini də deyib.
MHP X qurultayında sədrliyə digər namizəd olan Musavvat Dərvişoğlu da çıxış edib. O, çıxışında daha çox özünün siyasi fəaliyyətinə, 38 il ərzində hərəkatda olduğuna diqqət çəkib. O, 43 imza ilə sədrliyə namizədliyinin verilməsinə baxmayaraq, MHP sədri seçiləcəyinə inandığını bildirib.
***
11.52
Bu gün Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) özünün X qurultayını keçirir.
APA-nın Ankaraya ezam olunmuş xüsusi müxbiri Mayis Əlizadənin verdiyi məlumata görə, qurultay Ankara Arena İdman Sarayında keçirilir.
Qurultayda partiyanın 1240 üzvü səsvermə səlahiyyətinə malikdir. Qurultayı Türkiyədən və xaricdən 800 jurnalist izləyir.
Qurultaya Azərbaycan, Kosova, Bosniya-Hersoqovina, Serbiya, Suriya və digər ölkələrdən də heyətlər qatılıblar.
Azərbaycandan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, Müsavat başqanı İsa Qəmbər, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da iştirak edirlər.
Qurultayda partiyanın növbəti mərhələdə başqanlığı üçün Dövlət Baxçalı və hazırda partiyanın Trabzondan millət vəkili olan Koray Aydının nazmidəliyi var.
Avropa
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər
Rusiya Zaporojyeyə dronlarla hücum edib, iki nəfər ölüb
Merz: Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir
İsveçrə ordusu dron təhlükəsinə qarşı müdafiəni gücləndirir
Xəbər Lenti
Türkiyədə Hərbi Hava Qüvvələrinin 115-ci ildönümü təntənə ilə qeyd olunub
Zığda baş vermiş kütləvi dava ilə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3593 nəfərə çatıb
Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
XİN: Azov dənizində dron hücumu nəticəsində 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4 nəfər həlak olub
İran ABŞ-ın gecə radar sistemlərinə hücumunu atəşkəsin açıq şəkildə pozulması adlandırıb
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşları vəziyyətləri barədə danışıblar-VİDEO - YENİLƏNİB
Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb
Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirilib
Səfir: Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur
Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri ilə bağlı konfrans keçirilib
Sabahın hava proqnozu: Bakıda yağış yağacaq
Bakı və Abşeronda yağıntının miqdarı aylıq normanın 749 faizini təşkil edib
Binədə mağazada yanğın baş verib - VİDEO
Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO
İran: Əfqanıstanla sərhəddə silahlı toqquşma baş verib, 6 terrorçu zərərsizləşdirilib
Müvəqqəti işlər vəkili: ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Azərbaycanın meşə fındığı ixracından gəlirləri 49%-ə yaxın artıb
Apreldə çiyələk ixracı 5 dəfə artıb
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
İran milli komandasının bəzi üzvləri və məsul şəxsləri ABŞ-dan viza ala bilməyib
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib - VİDEO - FOTO
Borca görə axtarışda olan 111 nəfər saxlanılıb
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Leninqrad vilayəti üzərində 140-dan çox Ukrayna dronu vurulub
Azərbaycan nefti 99 dollar səviyyəsində ticarət olunur
"Bitcoin"in qiyməti 61 min dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Əmtəə bazarlarında gümüşün qiyməti 70 dollardan aşağı düşüb
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
Dünya bazarlarında neft ucuzlaşıb
Rusiya Zaporojyeyə dronlarla hücum edib, iki nəfər ölüb
Tramp: Tayvana ayrılmış 14 milyard dollarlıq silah paketinin taleyi hələ müəyyənləşməyib