Merkel: «Avropa İttifaqından çıxmaq Böyük Britaniyanın marağına uyğun gəlmir»
08 noyabr 2012 03:53 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyanın baş naziri Devid Kemeron və Almaniya kansleri Angela Merkel mübahisəli Avropa İttifaqının büdcəsi məsələsini müzakirə ediblər.
«Biz ikimiz də güman edirik ki, Avropa ölkələri, həmçinin Avropa İttifaqı, vəziyyətə uyğun yaşamalıdırlar. Hesab edirəm ki, bizim balanslaşdırılmış büdcəyə nail olmaq üçün asan olmayan qərarlar qəbul etdiyimiz bir vaxtda Avropa büdcəsinin artırılması düzgün olmaz. Ona görə də hesab edirəm ki, ən yaxşı halda büdcə azaldılmalı, ən pis halda isə dondurulmalıdır», deyə Kemeron bildirib.
Angela Merkel isə Avropa İttifaqının büdcə vəsaitlərinin səmərəli istifadə olunmalı olduğunu vurğulayıb. Almaniya kansleri Böyük Britaniyaya Avropa İttifaqından çıxmağın onun xeyrinə olmayacağı barədə xəbərdarlıq edib. «Mənim fikrimcə, siz adada çox yaxşı yaşaya bilərsiniz. Lakin tənhalıq sizi daha da xoşbəxt etməyəcək», deyə Merkel bildirib.

Avropa
Berlində texnologiya şirkəti yanıb, zəhərli qazların yayılması ehtimalı ilə bağlı xəbərdarlıq edilib
18:57
3 may 2024
Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
14:39
3 may 2024
Gürcüstanda 3 yeniyetmənin olduğu avtomobil çaya düşüb
13:27
3 may 2024
Gürcüstan XİN Fransanı qeyri-obyektivlikdə ittiham edib
13:16
3 may 2024