Bank Of Baku

ABŞ Litva ərazisində raket hücumundan müdafiə kompleksi yerləşdirmək üçün Vilnüslə danışıqlara başlayıb

ABŞ Litva ərazisində raket hücumundan müdafiə kompleksi yerləşdirmək üçün Vilnüslə danışıqlara başlayıb
# 18 iyun 2008 07:44 (UTC +04:00)
APA-nın məlumatına görə, rəsmi Vaşinqton hazırda bu məsələ ilə bağlı Litva hökuməti ilə danışıqlara başlayıb. Polşa xarici işlər nazirinin müavini, ölkə ərazisində ABŞ hərbi obyektlərinin yerləşdirilməsi ilə bağlı danışıqlara məsul şəxs Vitold Vaşikovski bu faktı təsdiqləyib: “Amerika Birləşmiş Ştatlarının Litva ilə danışıqlar apardığı faktını təsdiqləyə bilərəm. Bu barədə Litvanın müdafiə naziri ötən ay məni məlumatlandırıb və bu danışıqlardan xəbərimiz var”. ABŞ-ın Varşavadakı səfirliyi isə bu məlumatı təsdiqləməyib. Səfirliyin əməkdaşı bildirib ki, hazırda Polşa hökuməti ilə danışıqlar davam etdiyinə görə, Litva tərəfi ilə danışıqlar aparılmır. ABŞ Dövlət Departamentinin təmsilçisi Tom Keysi də hazırda alternativ variant kimi digər ölkələrlə danışıqlar aparıldığı barədə məlumatı təsdiqləməyib. O, Vitold Vaşikovskinin açıqlamasını şişirtmə adlandırıb: “Bizim əsas diqqətimiz Polşa ilə danışıqlar üzərində cəmləşib. Ümidvarıq ki, bu danışıqlar qısa müddətdə uğurla başa çatacaq”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR