Bank Of Baku

Aİ-nin vasitəçisi növbəti dəfə Tbilisidə səfərdədir

Aİ-nin vasitəçisi növbəti dəfə Tbilisidə səfərdədir
# 28 mart 2021 02:18 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielson növbəti dəfə vasitəçilik məqsədi ilə Gürcüstanda səfərdədir. 

APA-nın Gürcüstan bürosunun xəbərinə görə K.Danielson  üç gün davam etməsi planlaşdırılan səfəri çərçivəsində hakim "Gürcü Arzusu" partiyası ilə müxalifət arasında Aİ-nin dəstəklədiyi dialoq prosesinə vasitəçilik edəcək. İsveçli diplomatın tərəflərlə müzakirələrə martın 29-da başlayacağı bildirilib. 

Qeyd edək ki, K.Danielson martın 19-da hakimiyyətlə müxalifət arasında nəticəsiz başa çatan danışıqlardan sonra Tbilisini tərk edib. 

Gürcüstanda siyasi böhran müxalif lider Nika Melianpn həbs edilməsindən sonra pik həddə çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR