Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin Türkiyəyə səfər edəcəyi tarixin vaxtı müəyyənləşib.
APA-nın xəbərinə görə, bu barədə Aİ Şurası prezidentin mətbuat katibi Barend Leyts "Twitter"də bildirib.
Onun sözlərinə görə, Aİ rəhbərliyi növbəti həftə, aprelin 6-da Türkiyəyə səfər edəcəklər.
Səfər çərçivəsində Ursula von der Leyen və Şarl Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəklər.