Bank Of Baku

Aİ-yə üzv ölkələrin daimi nümayəndələri "Brexit" ticarət sazişini təsdiqləyib

Aİ-yə üzv ölkələrin daimi nümayəndələri "Brexit" ticarət sazişini təsdiqləyib
# 28 dekabr 2020 16:02 (UTC +04:00)

Avropa İttifaqına (Aİ) üzv ölkələrin təşkilatdakı daimi nümayəndələri post-"Brexit" ticarət sazişini təsdiqləyib.

APA-nın "Independent"ə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin sözçüsü Sebastian Fişer bildirib.
  
"Daimi nümayəndələr yekdilliklə Britaniya ilə Ticarət və Əməkdaşlıq Sazişinin 1 yanvar 2021-ci il tarixindən etibarən tətbiqini təsdiqləyiblər", - deyə o vurğulayıb.
 
Bunun ardınca isə prosedur qaydalarına uyğun olaraq üzv ölkələrin hər biri rəsmi təsdiq məktubu göndərəcək. Bu isə o deməkdir ki, Avropa Parlamenti fevraladək bu sazişi təsdiqləməsə belə Ticarət Sazişi yanvarın 1-dən qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR