Almaniyada COVID-19-un yayılması nəzarət altına alınıb.
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Səhiyyə naziri Yens Şpan jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, aprelin 12-dən bu günə kimi koronavirusa yoluxma sayı sağalma sayı ilə müqayisədə azalıb.
“İnfeksiyaya yoluxma hallarının sayı azalıb. Bu gündən etibarən onun yayılması nəzarət altına alınıb. Təxminən koronavirusa yoluxan 130 min nəfərin 80 mindən çoxu sağalıb”, - deyə Səhiyyə naziri bildirib.
Qeyd edək ki, son məlumata görə Almaniyada indiyədək 133 min nəfər COVİD-19-a yoluxub. Onlardan 3900 nəfər virusun qurbanı olub.
Almaniya hökuməti ölkədə koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlərin müddətini mayın 3-dək uzadıb.