Almaniyada koronavirus infeksiyası hallarının sayı 103 mini keçib, 1814 nəfər isə ölüb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın n-tv telekanalı federal əyalətlərdən alınan məlumatlara əsasən xəbər yayıb.
Ölkə üzrə virusa yoluxanlardan 33,3 min nəfərin sağaldığı bildirilib.