Almaniyada son sutkada yeni növ koronavirusa (COVID-19) 601 yoluxma halı qeydə alınıb.
APA-nın xəbərinə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
Bununla da ölkədə indiyədək koronavirus infeksiyasına yoluxanların ümumi sayı 189 135 nəfərə çatıb.
Almaniyada son 24 saat ərzində 11 nəfər koronavirusdan vəfat edib ki, bununla da bu günə qədər infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 8 883 olub.