Bank Of Baku

Ukrayna dronları Krımda Su-30 qırıcılarının anqarlarını vurub

Ukrayna dronları Krımda Su-30 qırıcılarının anqarlarını vurub
# 01 iyul 2026 12:22 (UTC +04:00)

Ukrayna ordusu Krımda “Saki” hərbi aerodromunda qırıcı təyyarələrin saxlandığı anqarlara zərbələr endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) “Telegram” kanalında bildirilib.

Məlumata görə, pilotsuz uçuş aparatlarının aerodromdakı aviasiya texnikasının qorunduğu sığınacaqlara beş dəfə dəqiq zərbə endirdiyi təsdiqlənib.

İlkin məlumata əsasən, zərbə zamanı iki sığınacaqda Su-30 və Su-30SM qırıcıları olub.

Məlumatda qeyd edilib ki, hücumdan sonra Su-30SM təyyarəsinin saxlandığı boksda yanğın baş verdiyi qeydə alınıb ki, bu da hədəfin uğurla vurulduğunu göstərir.

UTX-nin məlumatına görə, belə qırıcı təyyarələrin hər birinin təxmini dəyəri komplektasiyasından asılı olaraq 30-50 milyon ABŞ dolları arasında dəyişir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR