Bank Of Baku

Almaniyada xəstəxana yaxınlığında iki bomba aşkarlanıb, 14 min nəfər təxliyə edilib

Almaniyada xəstəxana yaxınlığında iki bomba aşkarlanıb, 14 min nəfər təxliyə edilib
# 13 yanvar 2020 06:18 (UTC +04:00)

Almaniyanın Dortmund şəhərində xəstəxana yaxınlığında II Dünya müharibəsindən qalmış 2  bomba aşkarlanıb. 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bombaların zərərsizləşdirilməsi ilə əlaqədar 14 min nəfər xəstəxanadan təxliyə edilərək, müvəqqəti olaraq yaxınlıqdakı məktəbə yerləşdirilib. 

ABŞ və İngiltərə istehsalı olan bombaların çəkisinin 250 kiloqram olduğu açıqlanıb. 

Hadisə ilə əlaqədar şəhərin dəmir yolu stansiyasının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Saatlarla davam edən əməliyyatdan sonra hər iki bomba zərərsizləşdirilib.

Mütəxəssislər II Dünya Müharibəsi illərində müttəfiqlər tərəfindən atılan minlərlə bombanın hələ də Almaniya ərazisində qaldığını düşünürlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR