2020-ci ildən Amsterdamdakı turistlər qaldıqları hər gecə üçün əlavə 3 avro ödəməli olacaqlar.
APA xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.
Məlumata görə, yanvarın 1-dən mənzil dəyərinin 7%-i miqdarında mövcud dərəcəyə əlavə kimi yeni vergi tətbiq olunub. Eyni zamanda, “Airbnb” vasitəsi ilə sifariş vermək istəyən turistlər artıq daha çox – hər gecə üçün 10% ödəməli olacaqlar.
Hər il 1,1 milyon insanın yaşadığı Amsterdama 17 milyon turist gəlir. Rəsmilər son vaxtlar Niderland paytaxtına qonaqlar cəlb etmək strategiyasından uzaqlaşıb və mövcud ziyarətçi axınının öhdəsindən gəlməyə çalışır.