Boris Conson: "Aİ ilə mövqelərimizin yaxınlaşmasına baxmayaraq, fikir ayrılıqları qalmaqdadır"

Boris Conson: "Aİ ilə mövqelərimizin yaxınlaşmasına baxmayaraq, fikir ayrılıqları qalmaqdadır"
# 18 dekabr 2020 08:21 (UTC +04:00)

“Brüssel, ilk növbədə balıqçılıq sahəsindəki mövqeyini kökündən dəyişdirməlidir, əks təqdirdə Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında gələcək münasibətlər və sərbəst ticarət formatı barədə heç bir razılaşma olmayacaq”.

APA TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

Baş nazir əlavə edib ki, çox az vaxt qalıb və hazırda Aİ-nin mövqeyini əhəmiyyətli dərəcədə dəyişdirməyincə razılığın əldə olunmayacağı ehtimalı çox yüksək görünür: “Aİ ilə mövqelərimizin yaxınlaşmasına baxmayaraq, fikir ayrılıqları qalmaqdadır”.

Qeyd edək ki, Brexit-dən sonrakı keçid dövrü dekabrın 31-də bitir, lakin Böyük Britaniya ilə Aİ arasında hələ də ticarət razılaşması yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR