Böyük Britaniya Bəşər Əsəd rejiminə qarşı yeni sanksiyalar tətbiq edib.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Suriya xalqına göstərdiyi təzyiqlərlə əlaqədar olaraq Suriyanın xarici işlər naziri də daxil olmaqla, rejimin daha 6 üzvünə qarşı sanksiya tətbiq edilib.
Britaniyanın xarici işlər naziri Dominik Raab həmin şəxslərə səyahət qadağalarının qoyulacağını və onların Britaniyadakı aktivlərinin dondurulacağını qeyd edib.
O vurğulayıb ki, Bəşər Əsəd rejimi islahat tələb edən Suriya xalqına 10 ildir təzyiq göstərir.