Bank Of Baku

Britaniyada COVID-19 qurbanlarının sayı 65 mini ötüb

Britaniyada COVID-19 qurbanlarının sayı 65 mini ötüb
# 16 dekabr 2020 23:45 (UTC +04:00)

Böyük Britaniyada son bir gündə COVID-19 infeksiyasına yoluxmuş xəstələrin sayı 25 161 nəfər artıb ki, bu da ötən bir günlə müqayisədə 7 min nəfər çoxdur. Həmçinin 506 nəfər bu virusdan ölüb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ötən gün ərzində virusa yoluxanların sayı 18 450 nəfər, bu virusdan ölənlərin sayı isə 612 nəfər olmuşdu.

Ümumilikdə pandemiyanın başlanğıcından bəri ölkədə 1 913 277 nəfərin koronavirusa yoluxması təsdiqlənib, 65 520 nəfər isə bu virusun qurbanına çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR