Böyük Britaniyada son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 1295 yoluxma halı qeydə alınıb, 128 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə Britaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə koronavirusa yoluxanların sayı 303 110, xəstəlikdən ölənlərin sayı isə 42 589 nəfərə çatıb.