Bank Of Baku

Britaniyada sutkalıq rekord həddə koronavirusa yoluxma qeydə alınıb

Britaniyada sutkalıq rekord həddə koronavirusa yoluxma qeydə alınıb
# 30 dekabr 2020 00:21 (UTC +04:00)

Böyük Britaniyada son sutkada 53 135 nəfər koronavirusa yoluxub ki, bu pandemiyanın başlamasından bu yana qeydə alınan ən yüksək göstəricidir. 

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. 

Hazırda koronavirusa yoluxanların ümumi sayı 2 382 865 nəfərə çatıb. 

Son sutka ərzində 414 nəfər koronavirusdan həyatını itirib. Bununla da hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 71 567 nəfərə çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR