Çavuşoğlu italiyalı həmkarı ilə Şərqi Aralıq dənizi və Liviyadakı vəziyyəti müzakirə edib

Çavuşoğlu italiyalı həmkarı ilə Şərqi Aralıq dənizi və Liviyadakı vəziyyəti müzakirə edib
# 13 yanvar 2020 02:04 (UTC +04:00)

Türkiyənin Xarici İşlər naziri Movlud Çavuşoğlu ilə İtaliyanın Xarici İşlər naziri Luisi Di Mayo arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, telefon söhbətində Şərqi Aralıq dənizi və Liviya mövzuları ilə bağlı müzakirələr olub.

Bundan başqa İtaliyanın Baş naziri Cüzeppe Kontenin sabah Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü ilə bağlı səfər hazırlıqlarından da bəhs olunub.

Qeyd edək ki, Mövlud Çavuşoğlunun Luisi Di Mayo ilə bu günlərdə İstanbulda təkbətək və heyətlərarası görüşü olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR