Dünya Bankı koronavirusla mübarizə və onun nəticələrinin aradan qaldırılması üçün qarşıdakı 15 ay ərzində inkişaf etməkdə olan ölkələrə 150 milyard dollar maliyyə yardımı edəcək.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Dünya Bankının prezidenti Devid Malpass G20 ölklərinin maliyyə nazirlərinə ünvanladığı məktubda deyib.
O, G20-nin kreditor ölkələrini virusla mübarizə aparan yoxsul ölkələrə ikitərəfli borclar üzrə bütün ödənişləri dayandırımaq üçün icazə verməyə çağırıb.