Bank Of Baku

Fransada koronavirusdan ölənlərin sayı 23 mini ötüb

Fransada koronavirusdan ölənlərin sayı 23 mini ötüb
# 27 aprel 2020 22:27 (UTC +04:00)

 

Fransada son sutka ərzində koronavirusdan ölənlərin sayı 437 nəfər artaraq 23293-ə çatıb.

APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 

14,5 min nəfərin xəstəxanalarda, 8,8 min nəfərin isə sosial-tibbi müəssisələrdə öldüyü bildirilib. 

Qeyd edək ki, infeksiyaya yoluxanların ümumi sayı son 24 saat ərzində 3764 artaraq 128339 nəfərə yüksəlib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR