Fransada koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilib

Fransada koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilib
# 01 yanvar 2021 20:31 (UTC +04:00)

Fransanın koronavirus pandemiyasından ən çox ziyan görən 15 departamentində komendant saatının müddəti uzadılıb.

APA xəbər verir ki, bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal bildirib.

Beləliklə, 2 yanvar tarixindən etibarən ölkədə komendant saatı saat 20:00-da deyil, yerli vaxtla 18:00-da başlayacaq. Bu tədbirlər əsasən Dənizkənarı Alplar, Myort və Mozel, Sona və Laura, Mozel departamentlərini əhatə edəcək.

“Bu, çətin bir qərardır. Bir həftə sonra 15 departamentdə genişləndirilmiş komendant saatının təsirini araşdıracağıq”, - deyə Attal “TF1” telekanalına verdiyi müsahibədə qeyd edib.

Bununla yanaşı, o, virusun yayılmaqda davam etməsi ilə əlaqədar mədəniyyət müəssisələrinin işinin bərpa olunacağını istisna edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR