Rəsmi Tbilisi Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiya üzrə Komissiyanın tərkibini yeniləyib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri David Zalkaliani bildirib.
D. Zalkaliani qeyd edib ki, Gürcüstan XİN-in illik hesabatında qeyd olunduğu kimi, 2021-ci ildə komissiyanın işi prioritet olacaq.
O, komissiyanın tərkibini tamamilə yeniləndiyini bildirib.